AZ

Arne Slot “Lill” üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Lill”ə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, 2:1 hesablı qələbə qazanmış “qırmızılar” Çempionlar Liqasının 1/8 mərhələsinə birbaşa vəsiqəni təmin ediblər.

Arne Slot matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz hadisələri tələsdirmədik, çünki onlar yığcam fəaliyyət göstərir və çox yaxşı müdafiə olunurdular. Biz ötürmələrimizi rəqibə calamağa çalışmadıq, topu isə bacardıqca özümüzdə saxladıq. Narazı olduğum yeganə xüsus budur ki, son həftələrdə ilk dəfə deyil – bu, digər komanda üçün sadəcə bir fürsət və dərhal qol idi. Amma bəlkə də bu, bizim cari mövsümdə yer aldığımız mərhələ ilə bağlıdır”, deyə niderlandlı mütəxəssis oyunsonrası mətbuat toplantısında bildirib.

7 oyundan sonra 21 xala malik “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin zirvəsində pilləsində qərarlaşıb.

Seçilən
35
14
arena.az

7Mənbələr