AZ

"Borussiya Dortmund" Nuri Şahini istefaya GÖNDƏRDİ

Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund" baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.

Bakıvaxtı.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Klub rəhbərliyi Nuri Şahini Çempionlar Liqasının "Bolonya" ilə matçından (2:1) sonra istefaya göndərib. Bu, Almaniya klubunun ardıcıl 4-cü məğlubiyyəti olub.

    Türkiyəli mütəxəssis 2024-cü ilin iyun ayından komandanı çalışdırırdı.

    Qeyd edək ki, Bundesliqada son 7 matçda 1 qələbə qazanan komanda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

    Seçilən
    5
    24
    bakivaxti.az

    10Mənbələr