AZ

Amerikaya gedənlər geri göndərilir

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-yə getmək məqsədi ilə ölkəyə gələn qeyri-qanuni mühacirlərin mənşə ölkələrinə göndəriləcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Milli Sarayda keçirilən mətbuat konfransında danışan Şeynbaum ABŞ-dən ölkələrinə göndəriləcək və ya ABŞ-yə getmək üçün Meksikada olanların humanitar yolla ölkələrinə geri göndəriləcəyini bildirib: 

"Bütün Mərkəzi Amerika ölkələri ilə, xüsusilə Qvatemala ilə razılaşma var və bu yaxınlarda bu məqsədlə toplantı keçirilib. Kuba ilə razılaşma var. Sənədi olmayan immiqrantlar Meksikaya deyil, birbaşa gəldikləri yerə deportasiya edilməlidir”. 

Ölkəsindəki qeyri-qanuni mühacirlərə humanitar diqqət göstəriləcəyini ifadə edən Şeynbaum “Məsələ burasındadır ki, əgər bu insanlar Meksika ərazisindədirlərsə, humanitar səbəblərdən onlarla maraqlanırıq, lakin immiqrasiya siyasətimiz çərçivəsində əcnəbi olduqları üçün mənşə ölkələrinə qayıtmalarını istəyirik”,-deyib. O, mühacirlərin vəziyyəti ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar apardıqlarını və hakimiyyətə gəldikdən sonra ilk növbədə könüllü geri dönməni təşviq etdiklərini deyib. Qeyd edək ki, and içdikdən sonra çıxış edən ABŞ Prezidenti Donald Tramp ölkədəki qeyri-qanuni mühacir probleminə diqqət çəkərək, 2019-cu ildə olduğu kimi ABŞ-Meksika sərhədində milli fövqəladə hal elan edib və qeyri-qanuni immiqrasiyanın qarşısını alacağını və bu insanları deportasiya edəcəyini bildirib. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr