AZ

Rus deputatın dərdi nədir? - Bir güllə ilə iki quş...

Xəbər verildiyi kimi, Bakıda Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəməsi başlayıb.

Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunublar.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabrından 2024-cü il 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib. Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. 

Amma görünür ki, hələ də bundan istifadəyə cəhd edən qüvvələr var. Onlardan biri, qatı ermənipərəst mövqeyi ilə tanınan və Rusiyanın erməni icmasının maraqlarını qoruyan Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, daim terrora və separatizmə dəstək sərgiləyən bu şəxs Ermənistanın Baş naziri Nikol Paşinyanı “Dağlıq Qarabağ ermənilərinə xəyanət”də ittiham edib. 

“Cebheinfo.az” xəbər verir ki, Zatulin məhkəmələri davam edən bu şəxsləri “liderlər” adlandırmaqdan çəkinmir, Ermənistan hakimiyyətinin  onların azad edilməsi üçün heç bir səy göstərmədiyini deyir. Siyasətçi sülhməramlı missiyanın uğursuzluğuna görə Rusiyanın məsuliyyət daşıdığını da vurğulayıb.

O bildirib ki, Nikol Paşinyan bu gün də bundan istifadə edir. 

Konstantin Zatulinin Ermənistan hakimiyyətini hədəfə alan çıxışında Azərbaycanda mühakiməsi davam edən şəxslərdən istifadəyə cəhdi anlaşılandır. Bu yolla Zatulin ermənilərə olan “vəfa borcunu” verməyə, eyni zamanda Paşinyana olan münasibətini sərgiləməklə Rusiya hakimiyyətinə yarınmağa çalışır. Necə deyərlər, bir güllə ilə iki quş vurmaq istəyir.

Amma unudur ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında eynidir. 

Seçilən
23
1
cebheinfo.az

10Mənbələr