![Paytaxtın](https://1news.az/images/2025/01/22/20250122013317418/thumb.jpg?2025-01-22+13%3A41%3A49)
Yanvarın 20-si Nəsimi rayonu Moskva prospektində yerləşən marketlərin birindən 940 manatlıq oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
1news.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Ş.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.