AZ

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dahabir ərazidə yerüstü piyada keçidi inşa edilib. Yeni yerüstü piyadakeçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədiavtomobil yolunun 262.5-ci km-də tikilib.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, metal konstruksiyalı olan keçidin uzunluğu 46metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metrtəşkil edir.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləriaparılıb, yolun hər iki tərəfində avtobus dayanacağıquraşdırılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardanistifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadalarınavtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təminedəcək.

Məqalədə:
Seçilən
18
32
az.trend.az

10Mənbələr