AZ

Ötən il 151 orqan transplantasiyası əməliyyatı icra olunub

Keçən ilin 11 ayı ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub.

Bu barədə İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bunlardan 50 %-ni böyrək, 46 %-ni qaraciyər, 4 %-ni isə sümük iliyi transplantasiyı əhatə edir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir.

Ötən il vətəndaşlara 331 min 984 göndəriş verilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 min 195 əməliyyat və prosedurdan yararlanıb. Bu xidmətlərdən 3 min 55-i uşaqlara, 185 min 140-ı isə böyüklərə göstərilib.

"Cebheinfo.az" 

Seçilən
2
11
cebheinfo.az

10Mənbələr