AZ

Nazirlik 21 milyonluq tenderi hansı şirkətə verib? – “Azərbaycanda ən nəhəng informasiya resursu yaradılır”

“İqtisadiyyat Nazirliyinin 21 milyon manat dəyərində elan etdiyi “Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması” ilə bağlı tender Azərbaycanın ən nəhəng informasiya resursunun hazırlanması ilə bağlıdır”.

“AzPolitika” xəbər verir ki, bunu multmedia sahəsi üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, 250 səhifəlik texniki şərtlər toplusundan görsənirdi ki, layihə ölkə miqyasında bütün mövcud coğrafi məlumatların toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir informasiya sistemini yaratmağı hədəfləyib.

Ekspert qeyd edir ki, layihədə çoxsaylı məlumatların - topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri , su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları, fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s. inteqrasiya olunduğu rəqəmsal resursun yaradılması nəzərdə tutulur.

“Tenderə Azərbaycanın ən böyük İT şirkətləri, “Best Comp”, CASPEL, SİNAM, ULTRA şirkətləri qatılmışdı. Tenderlə bağlı müddət bir neçə dəfə uzadılsa da, uzun müzakirələrdən sonra artıq məlumat verilib ki, CASPEL şirkəti, “Cyberpoint” və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub və adı çəkilən informasiya resursunun hazırlanması ilə bağlı 19 milyonluq bir müqavilə imzalanıb. Görünür, ölkənin ən böyük İT şirkəti olan CASPEL üçün də təklikdə bu tenderdə qalib gəlmək çətin olub” – deyə, O. Gündüz bildirib.

O.Gündüz xatırladır ki, uzun illər bu layihəni reallaşdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, prosesə az qala 10 il bundan öncə başlanıb və ən geci 2019-cu ilə hazır olmalıydı.

Seçilən
14
14
azpolitika.info

10Mənbələr