İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.
Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib.