"Bakının Mirzəağa Əliyev küçəsində qırılan yol nişanı bərpa edilib".
Bu məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
Qeyd olunub ki, Bakı şəhərində müxtəlif səbəblərdən yol nişanlarının zədələnməsi ilə bağlı ay ərzində onlarla hal baş verir.
"Belə hallar aşkarlandıqda məsələ tərəfimizdən araşdırılır və nişanlar yerinə bərpa edilir. Mirzəağa Əliyev küçəsində qırılan yol nişanı da artıq bərpa edilib",- deyə məlumatda vurğulanır.
***
Bakının mərkəzi küçəsində yol nişanı aşıb.
Avtosfer.az xəbər verir ki, Mirzəağa Əliyev küçəsində velosipedçilər üçün nəzərdə tutulan 4.5 nişanı qırılıb.
Nişanın hansı səbəbdən qırılması məlum deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentlyinə (AYNA) sorğu verilib.
(oxu.az)