Bakı. Trend:
Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfəSovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoruHəzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbirkeçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyətnümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyimərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidəönünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillərqoyulub, güllər düzülüb. Ümummilli Lideri Heydər Əliyevin vəxalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramlayad edilib.
Tədbirdə çıxış edənlər Həzi Aslanovun xalqımızın yetirdiyi ənböyük sərkərdələrdən biri olduğunu vurğulayaraq, İkinci Dünyamüharibəsində həmvətənlilərimizin göstərdiyi hünər və rəşadətdəndanışıblar.
Bildirilib ki, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərləhəkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hərbir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsiningənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi roluvardır.
Generalın ailə üzvləri göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlığını bildiriblər.