AZ

Qızıl medal qazanan 13 yaşlı qız: "Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam"

"Mənim boş vaxtım çox olmur. Hazırda alman, fransız dillərini öyrənirəm. Azərbaycan, rus, ingilis dillərində danışıram. Bununla belə bəzi hobbilərimə də zaman ayırıram".TehsilForumu.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təbiət elmləri fənni üzrə qızıl medal qazanmış Mətanət Mustafayeva deyib.O, ilkin olaraq həyəcanlı olduğunu, lakin sonradan qalib gəldiyini eşidəndə çox sevindiyini deyib.M.Mustafayeva bildirib ki, olimpiadada iştirak etmək üçün heç bir xüsusi hazırlığa getməyib:"Anamın olimpiada haqqında elanı göstərməsi ilə özümü sınamaq qərarına gəldim. Məktəb biliklərimlə oplimpiadaya qoşuldum. Sadəcə olaraq 1 həftə öncə bilmədiyim mövzulara hazırlaşdım. Gələcəkdə hüquqşünas olmaq istəyirəm".M.Mustafayevə deyib ki, onun ABŞ-nin bəzi yerlərini gəzmək fürsəti də olub: "Orada bizi universitet və məktəblərə, muzeylərə apardılar. Ən çox sevdiyim isə NASA-ya getməyimiz oldu".

Seçilən
7
4
tehsilforumu.az

3Mənbələr