Türkiyənin Nevşehir vilayətində maraqlı hadisə baş verib. Valideynləri avtomobildə kilidli qalan azyaşlını cizgi filmlə sakitləşdirib.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq polislərin köməyi ilə maşından çıxarılıb. Azyaşlı bu müddət ərzində “Qırmızı balıq” cizgi filmini izləyib.
Valideynləri uşaqlarının sözügedən cizgi filmini çox sevdiyini deyib. Hazırda azyaşlının səhhəti qaydasındadır.
Nazim Hacıyev
Telegram kanalımız