AZ

Bu da İraqa gələn "demokratiya": Azyaşlı uşaqların nikahına icazə verildi

İraq parlamenti 9 yaşından kiçik uşaqların nikahına icazə verən qanunu qəbul edib.

APA xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Yeni qanun 1950-ci illərdən bəri 18 yaşına çatmamış uşaqların nikahına qoyulmuş əvvəlki qadağanı ləğv edir.

Dəyişikliklər İslam məhkəmələrinə evlilik, boşanma və vərəsəlik də daxil olmaqla ailə məsələlərində artan səlahiyyətlər verir.

Qeyd edilib ki, İraq qanunları hazırda əksər hallarda nikah üçün minimum yaş həddi 18-i müəyyən edir. Ötən gün qəbul edilən dəyişikliklər, din xadimlərinin İslam qanunlarını şərhlərinə uyğun idarə etmələrinə imkan verəcək, bəziləri isə qızların erkən yeniyetməlik dövründə və ya İraqda bir çox şiə dini qurumlarına uyğun olan Cəfəri İslam hüququ məktəbinə əsasən 9 yaşında ərə verilməsinə icazə verir.

Seçilən
12
7
aznews.az

2Mənbələr