AZ

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə - 13,33 milyard avroluq silah satışını təsdiqləyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu, Almaniya İqtisadiyyat Nazirliyinin Bundestaqın “Sara Vaqenknext ittifaqı – ağıl və ədalət naminə” qrupundan olan deputatı Sevim Dağdelenin sorğusuna verdiyi cavabdan məlum olub. Həmin məbləğin yarısından çoxu - 8,15 milyard avro Ukraynaya göndərilib.

2023-cü ildə Almaniyadan hərbi ixracın həcmi əvvəlki ilin göstəricisini demək olar ki, 10 faiz üstələyərək 12,13 milyard avroya çatıb. Döyüş silahlarının payı 61 faiz təşkil edib. Ukraynadan sonra ikinci ən böyük alıcı ölkə 1,21 milyard avro ilə Sinqapur olub. Sonrakı yerlərdə Əlcəzair (558,7 milyon avro), ABŞ (319,9 milyon avro) və Türkiyə (230,8 milyon avro) qərarlaşıb.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Berlin indiyədək Kiyevə təxminən 28 milyard avro məbləğində hərbi dəstək üçün vəsait ayırıb və gələcək xərcləri öhdəsinə götürüb. 2025-ci ilin büdcəsi ilə bağlı razılaşmaya əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü il ilə müqayisədə iki dəfə azdır. Lakin büdcə hələ Bundestaq tərəfindən təsdiqlənməyib.

Seçilən
7
50
yeniazerbaycan.com

10Mənbələr