AZ

Bayden Trampa məktubunda nə yazıb?

ABŞ-nin keçmiş prezidenti Co Baydenin varisi Donald Trampa vida məktubunda nələr yazdığı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

Bayden prezidentlik müddəti boyunca onun üçün dua edəcəyini vəd edib.

“Amerika xalqı və dünyanın hər yerindən insanlar tarixin qaçılmaz fırtınaları zamanı bu “bina”nın sabitliyinə baxır. Dua edirəm ki, növbəti dörd il xalqımız üçün firavanlıq, sülh və lütf dövrü olsun. Allah ölkəmizi qurulandan bəri xeyir-dua etdiyi və istiqamətləndirdiyi kimi sizə xeyir-dua versin və hidayət etsin”, - deyə Bayden yazıb.

20 yanvar tarixli məktub ağ zərfdə olub, üzərinə “47” yazılıb.

Seçilən
24
50
qafqazinfo.az

10Mənbələr