İtaliya A Seriyası komandalarından “Milan” heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi 2 ulduz futbolçunun transferində maraqlıdır.
Belə ki, öncəliyi “Mançester Yunayted”dən Markus Reşford olan "rosyonerilər" ingilis futbolçunu transfer edə bilməzsə, “Çelsi”dən Joao Feliksi heyətinə qatmağa çalışacaq.
İtaliya təmsilçisi portuqal oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, 25 yaşlı Joao “Çelsi”yə ötən il “Atletiko Madrid”dən 52 milyon avroya transfer olunub.
Qeyd edək ki, forvard bu mövsüm “zadəganlar”ın heyətində çıxış etdiyi 20 rəsmi matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Siti”nin futbolçusu İtaliya nəhəngində
“Dortmund” Nurinin əvəzləyicisini tapdı
Sabiq “Trazbzonspor”lu Super Liqa klubu ilə razılaşıb
Braziliyalı qolkiper karyerasını başa vurub
Mourinyonun yeni “Droqba”sı müəyyənləşdi