AZ

Rusiya bu ölkə ilə sazişə xitam verdi

Rusiya və Latviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə yanvarın 21-də xitam verilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“2025-ci il yanvarın 21-də Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış sazişə xitam verilib”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Litva parlamenti ötən il iyunun 25-də bu sazişi denonsasiya edib.

Seçilən
1
10
publika.az

7Mənbələr