AZ

Gürcüstan parlamentində növbəti etiraz aksiyası başlayıb

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Respublika parlamentinin binası qarşısına 1 mindən çox insan toplaşıb. İnsanlar yolun hərəkət hissəsində dayanıb, Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilib. Bəzi etirazçılar piyada zolağında dayanırlar.

Agentliyin məlumatına görə, nümayiş son bir neçə həftədə olduğu kimi dinc şəraitdə keçirilir. Etirazçılar arasında Gürcüstan müxalifətinin bir neçə nümayəndəsi də var.

Yanvarın 5-də Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib. Nümayişçilər ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb ediblər.

DOĞRU.AZ

Seçilən
16
50
dogru.az

10Mənbələr