AZ

Günlük taksi icarəyə götürən sürücülərin iş saatı ilə bağlı qrafiki varmı? VİDEO

Avtomobili günlük icarəyə götürən taksi sürücüləri planı ödəmək, həmçinin günün sonunda daha çox qazanclı çıxmaq üçün 10-15 saat işləyirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, bəzi taksi sürücüləri normal iş saatından artıq işləyərək həm həyatı təhlükə yaradır həm də qanunvericliyin tələblərini pozur. Buna səbəbsə taksi xidməti sektorunda rəqabətin güclü olmasıdır.

İlqar Hüseynli bildirib ki, taksi şirkətləri tərəfindən proqrama tətbiq edilən saat qadağası səbəbindən sürücülər əsasən eyni vaxtda bir neçə operatorla işləyirlər. Bu kimi problemlərin aradan qaldırılması üçün isə tənzimləyici mexanizmlər yaratmaq lazımdır.

Məsələ ilə əlaqədar bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, şirkətin tərkibində faəliyyət göstərən sürücülər üçün 8 saat nəzərdə tutulub. 8 saatı tamamlayan sürücünün hesabı istirahət məqsədi ilə dondurulur və sürücülər həmin vaxt ərzində sifariş qəbul edə bilmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
50
xezerxeber.az

10Mənbələr