Polis Ermənistan hökumət binası qarşısında aksiya keçirən 3 nəfəri saxlayıb.
Herbiand.az xəbər veroir ki, bu barədə məlumatI Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan təsdiqləyib.
Saxlanilanlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsini pozmaqda - polis əməkdaşlarının qanuni əmrinə tabe olmamaqda ittiham olunurlar.
Onalr arasında “Kamk” (İradə) hərəkatı təşəbbüsünün lideri Vaaqn Çaxalyan da var. Çaxalyanla polis əməkdaşı arasında incident baş verib.
Qeyd edək ki, hökumət binası qarşısında bir neçə etiraz aksiyası keçirilib. Aksiyaları Bakıda məhkəməsi keçirilən şəxslərin qohumları və kiçik biznesin nümayəndələri keçirib.