İrəvanda pərakəndə ticarətlə məşğul olan ticarətçilər yenidən hökumət binası qarşısında toplaşıblar.
“Report” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Onlar ticarət dövriyyəsi vergisinin artırılmasına qarşı etirazlarını davam etdirir və fevralın 5-də böyük mitinq keçirərək paytaxt bazarlarında işi boykot etməklə hədələyirlər.
Qeyd edək ki, bundan əvvəl "Qızıl bazarı" ticarət mərkəzinin bir qrup işçisi də oxşar aksiya təşkil etmişdi.