Ermənistanın hökumət binası qarşısında aksiya keçirilir
Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilir. Aksiyanın azsaylı iştirakçıları Qarabağda hərbi cinayətlər törətmiş və hazırda Bakıda məhkəməsi keçirilən şəxsləri müdafiə edirlər.
Reyting.az erməni mediasına istinadla xəbər verir ki, polis etirazçıları ərazidən qovmağa cəhd edib.
Etirazçılar Gürcüstan baş nazirinin İrəvana səfərindən istifadə edərək hökumət binası önündə gərginlik yaratmağa çalışırlar. Onlar eyni zamanda, Bakıda məhkəməsi gedən separatçıları azadlıqda görmək istədiklərini bildirirlər.
Qeyd edilir ki, Ermənistanın hökumət binası yaxınlığına çoxlu sayda polis toplaşıb. Onlar Gürcüstandan nümayəndə heyətinin ora gəlməli olduğu üçün etirazçıların kabinet binasının girişinə yaxınlaşmasının qarşısını almaq üçün kordon yaradıblar.
“Türk Nikol əsirlərimizi qaytaranda, mən buradan gedəcəm. İndi sakitcə aksiyanı həyata keçirirəm”,- etirazçı qadınlardan biri deyib. Polis isə qadını sürüyərək ərazidən çıxarıb.
V. QULİYEV