AZ

Filippin prezidenti “Galaxy Leader” komandasının buraxıldığını təsdiqləyib

Yəmən 2023-cü ilin noyabrında Qırmızı dənizdə ələ keçirilən “Galaxy Leader” yük gəmisində olan 17 filippinli dənizçini azad edib...

Poliqon xəbər verir ki, bu barədə Filippin prezidenti kiçik Ferdinand Markos X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Böyük sevinclə bütün 17 filippinli dənizçinin və Galaxy Leader heyətinin qalan hissəsinin buraxıldığını elan edirəm", o deyib.

Kiçik Markos bildirib ki, dənizçilər hazırda Filippinin Maskatdakı səfirliyinin himayəsindədir. Onun sözlərinə görə, onlar çox yaxında öz sevdikləri ilə qovuşacaqlar.

Poliqon.info

Seçilən
21
8
poliqon.info

10Mənbələr