AZ

“Tarixdə bu gün” - Əl Yazısı Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

23 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

23 yanvar Əl Yazısı Günüdür:

 

Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır. 

 

Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub. WIMA ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır. Təşkilatın məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını artırmaq olmuşdur. Bu məqsədlə qeyd olunacaq bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gün seçilmişdir. 

 

23 yanvar 1992-ci ildə ABŞ Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

 

23 yanvar 1556-cı ildə ən çox insanın öldüyü zəlzələ oldu:

 

‘‘Şensi zәlzәlәsi’’ Çinin şimal-qәrbindә baş verib. 8 bal gücündәki zәlzәlә nәticәsindә tәxminәn 830 min nәfәr hәlak olub. 

 

23 yanvar 1968-cu ildə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Hikmət Muradov dünyaya gəlib:

 

O, 1976-cı ildə 190 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1986-cı ildə onuncu sinfi əla qiymətlərlə bitirmişdir. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsi. 

 

O, təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayır.

 

1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirərkən, Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşi nəticəsində zədələnir. Ekipajı və sərnişinləri xilas etmək üçün təyyarəni təhlükəsiz yerə çatdırmağa çalışsa da, faciədən qaçmaq mümkün olmur.

Seçilən
30
16
azedu.az

10Mənbələr