AZ

Öcalan PKK-nı silahı yerə qoymağa çağıracaq

Bakı,TurkicWorld

Abdullah Öcalan Türkiyəyə gəlişinin ildönümü olan fevralın 15-də, PKK-nı silahı yerə qoymağa çağıracaq.

TurkicWorld xəbər verir ki, DEM Partiyasının heyəti ikinci dəfə PKK lideri Öcalanla görüşmək üçün İmralıya gedib.

1 oktyabr 2024-cü ildə Türkiyə Böyük Millət Məclisində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının “Öcalan TBMM-ə gəlsin və DEM Partiya Qrupunda təşkilatın ləğv olunduğunu elan etsin” deməsi ilə başlayan proses DEM heyətinin ikinci dəfə İmralıya getməsi ilə davam edib.

Dekabrın 28-də keçirilən ilk iclasdan sonra DEM Partiyasının heyəti yanvarın 22-də ikinci dəfə Öcalanla görüşüb. Əhməd Türk bu dəfə İmralıya gedən heyətə daxil olmasa da, heyət üzvləri Türkün növbəti səfərində İmralıya gedəcəyini bildiriblər.

Bağçalı TBMM-dəki qrup çıxışında deyib ki, Öcalan TBMM-ə gələrək DEM Partiyası qrupunda PKK-nı ləğv etdiyini açıqlamalıdır. Ancaq bunun hüquqi baxımdan hazırda mümkün olmadığı və sözügedən bəyanatın məktub və ya nümayəndə heyəti vasitəsilə deyil, birbaşa Öcalan tərəfindən İmralıda edilməsi lazım olduğu deyilib.

Məlumata görə, Öcalanın 15 fevral 2025-ci ildə İmralıda nümayəndə heyəti üzvləri ilə açıqlama verməsi gözlənilir.

Bu bəyanatın “PKK-nın parçalanması, PKK-nın Türkiyədəki silahlı varlığına son qoyulması və ya tamamilə tərksilah edilməsi” kimi şərh edilə biləcək tarixi bir çağırış olacağı bildirilib.

Seçilən
13
turkic.world

1Mənbələr