AZ

Fridman Putindən müsahibə almaq üçün Rusiyaya gedəcəyini deyib

Amerikalı jurnalist Leks Fridman Rusiyaya getməyi planlaşdırdığını və orada prezident Vladimir Putindən müsahibə almaq istədiyini açıqlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, o, bu haqda komediyaçı və teleaparıcı Co Roqanın podkastında deyib.

“Mən Vladimir Putindən müsahibə almaq üçün Rusiyaya gedirəm”, - deyə o bildirib.

Fridman Rusiya lideri ilə söhbətlə bağlı hər hansı razılıq əldə edib-etmədiyini deməyib.

Qeyd edək ki, yanvarın əvvəlində Fridman Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə almışdı.



Seçilən
18
2
visiontv.az

4Mənbələr