AZ

24 il əvvəlin fotosundakı qəhrəmanlar TAPILDI

Aparıcı İlkin Həsəni 2001-ci ildə Bakı küçələrində çəkdiyi fotoları süni intellektlə canlandırıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Fotoların birində ata-ana və onların iki uşağı təsvir olunub.

24 il sonra həmin ailənin üzvlərindən biri İlkin Həsəniyə mesaj göndərib.

“Axşamınız xeyir İlkin bəy. Bu sondakı ailə - mən, atam, anam və bacımdır. Bilmirəm necə başa salım, hansı hisslər keçirirəm. Çox sağ olun bu şəkil üçün. Çox duyğulandım, hətta əvəzedilməz bir hissdir deyə bilərəm. Böyük bir hədiyyə almış kimi varam. Sizə sonsuz minnətdarlığımı bildirirəm”, - deyə, fotodakı oğlan aparıcıya yazıb.

Seçilən
23
4
modern.az

5Mənbələr