“Atilla” klubunun cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
İdman.biz xəbər verir ki, Azərbaycan komandası aşağı yaş qrupları üzrə yarışlarda təmsil olunub.
Yeniyetmələrin mübarizəsində Rəsul Məlikzadə (34 kq) və Zakir Vəliyev (55 kq) qızıl medallar qazanıblar.
38 kq çəki dərəcəsində isə iki cüdoçumuz birdən fəxri kürsüyə yüksəlib: Aşqın Əlizadə gümüş, Nəbi Heydərzadə isə bürünc mükafata sahib olub.
İdman.biz