Moskva məhkəməsi ukraynalı jurnalist Yanina Sokolovskayanı Rusiya ordusu haqqında yalan xəbərlər yaydığına görə qiyabi olaraq 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə TASS-a paytaxt prokurorluğunun mətbuat xidməti məlumat verib.
Məhkəmənin hökmü ilə o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin ikinci bəndinə (Siyasi nifrət zəminində Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi barədə bilə-bilə yalan məlumatların etibarlı mesajlar adı altında ictimaiyyətə yayılması)" ilə təqsirli bilinib. Məhkəmə prokurorluğun mövqeyini nəzərə alaraq onu qiyabi olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Cavid