AZ

Ötən il İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib

Bakı. Trend:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununaəsasən Azərbaycan Respublikası ərazisində baş vermiş sığortahadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdətutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqdasağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişininverilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyatakeçirilir.

İcbari Sığorta Bürosundan Trend-ə verilən məlumata görə, 2024-cü ildə İSBtərəfindən 320 sığortasız və 19 naməlum nəqliyyat vasitələrininiştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrəkompensasiya ödənilib.

Bildirilib ki, 252 şəxsin sağlamlığına vurulmuş müxtəlifdərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əməkqabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuşxəsarətlərə görə 41 000 manat və 135 şəxsin ölümü ilə nəticələnmişhadisələr üzrə 597 634 manat olmaqla, ümumilikdə 403 şəxsəmünasibətdə 966 559 manat kompensasiya ödənişləri həyatakeçirilib.

Qeyd olunub ki, kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığınanaməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda,avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən üçüncü şəxsinsağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdətutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqdatəmin edilir.

Seçilən
19
12
az.trend.az

10Mənbələr