AZ

Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti: Azərbaycan gözəl ölkədir

Bakı, 23 yanvar, AZƏRTAC

“Dəvət üçün təşəkkür edirəm. Bizim Azərbaycan Gimnastika Federasiyasına (AGF) gəlmək imkanımız oldu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti Rene Starçeviç Azərbaycandakı təlim-məşq toplanışı barədə AGF-nin rəsmi saytına açıqlamasında deyib.

O, burada ideal şəraitin olduğunu bildirib: “Biz çox çalışırıq, məşqlər edirik. Məşqçilər çox peşəkardır. Qızlarımız vaxtın çox hissəsini burada, xalçanın üzərində keçirirlər. Bu da hər birinin daha yaxşı gimnast olmasına kömək edəcək”.

Qonaq Azərbaycanda ikinci dəfə olduğunu xatırladıb: “Yayda buraya gəlmişdik. Bosniya və Herseqovina nümayəndə heyəti olaraq təcrübəmiz möhtəşəm oldu. Qızlar bir gün istirahət etdilər, muzeylərə getdilər, Bakının mərkəzini gəzdilər və hamısı buraya yenidən gəlmək istədiklərini dedilər. Məşqçilərdən dəvət aldıq, yenə gələcəyik. Azərbaycan gözəl ölkə, Bakı isə əla şəhərdir”.

R.Starçeviç yeni qaydalar barədə də fikirlərini bölüşüb: “Kimsə deyə bilər ki, böyük dəyişikliklər yoxdur, amma əslində var. Biz burada məşqçilərlə müzakirə aparırıq ki, yeni qaydaları daha yaxşı başa düşək, nə dəyişib, yeni nə var və s. Toplanışda 10 gimnastımız var. Onlar burada məşq edirlər. Biz Avropa Çempionatına və böyüklər arasında keçiriləcək Dünya çempionatına qatılmaq istəyirik. Bu il üçün bizim ən vacib yarışlarımız bunlardır”.

Seçilən
40
19
azertag.az

10Mənbələr