Bakı. Trend:
Horadiz-Ağbənd dəmiryol xətti üzrə layihələndirmə işləribitib.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan DəmirYolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisiBəxtiyar Hacıyev deyib.
O bildirib ki, dəmir yolunun inşası ilə bağlı işlərin isə 60%-iyerinə yetirilib.
"Tunellərdən birinin tikintisi bitib, ikinci tuneldə qazıntıişləri aparılıb.
Ümumilikdə Horadiz-Ağbənd dəmir yolu xətti boyunca yerlimühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndisqurğusu, 40-dan çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir.110,4 km-lik Horadiz-Ağbənd dəmir yolunun əsas komponentləriarasında 771 metrlik dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzundəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmiryolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) yer alır.
Bu dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısı vəŞərq-Qərb yükdaşımaları üçün yeni marşrutu təmin edəcək", - deyə oqeyd edib.