Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Y.Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.
"Cebheinfo.az"