AZ

"Meta" məzmun yaradıcılarına "Facebook" və "Instagram"a qoşulmaq üçün 5 min dollar təklif etdi

"Meta" məzmun yaradıcılarına "Facebook" və "Instagram"a qoşulmaq üçün 5 min dollar təklif etdi

"Meta" ABŞ-da məşhur məzmun yaradıcılarını "Facebook" və "Instagram"a cəlb etmək üçün 5000 dollara qədər pul ödəyəcəyini açıqlayıb.Şirkət üçüncü tərəf sosial media tətbiqlərinin məzmun yaradıcılarına sosial media varlığına görə qiymətləndiriləcək bir sistem çərçivəsində ödəniş alacağını açıqlayıb."TikTok"un adı birbaşa qeyd edilməsə də, bu addım platformanın ABŞ-da gələcəyi ilə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxta təsadüf edib. Keçmiş prezident Donald Trampın ölkədə "TikTok"u necə qoruya biləcəyi ilə bağlı müzakirələr davam edərkən, "Meta"nın bu qeyri-müəyyənlikdən istifadə etməyi hədəflədiyi düşünülür.ABŞ-da 170 milyon istifadəçisi olan "TikTok" bir çox məzmun yaradıcısı üçün gəlir mənbəyinə çevrilib. Platforma bağlanarsa, bir çox insan alternativ sosial media kanallarında məzmun paylaşmağın yollarını axtaracaq.Meta öz internet saytında "Breakthrough Bonus Proqramı"nın bir hissəsi olaraq qəbul edilən məzmun yaradıcılarına platformaya qoşulduqdan sonra 90 gün ərzində ödəniş ediləcəyini açıqlayıb. Bununla belə, onlar bu müddət ərzində mütəmadi olaraq məzmun paylaşmalıdırlar.İştirakçılardan hər 30 gündə ən azı 20 "Facebook" və 10 "Instagram" çarxı yerləşdirməsi tələb olunur. Bundan əlavə, məzmun tamamilə orijinal olmalı və əvvəllər başqa platformalarda paylaşılmamalıdır.Proqram yalnız əvvəllər "Facebook" və ya "Instagram"da heç vaxt hesabı olmayan istifadəçilər üçün açıq olacaq. Müraciətlər fərdi əsasda qiymətləndiriləcək və yalnız "Meta" tərəfindən uyğun hesab edilənlər proqrama qəbul ediləcək.Bundan əlavə, Meta pulsuz mavi işarənin yoxlanılması abunəsi təklif etməklə iştirakçılara əlavə üstünlüklər təqdim edir.

Seçilən
30
22
afn.az

10Mənbələr