Bu xəstəlikdən özümüzü necə qoruya bilərik?
Mövzu ilə bağlı Demokrat.az-a həkim-terapevt Günay Lətifova açıqlama verib.
Həkim qeyd edib ki, ilkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, üşütmə, əzələ ağrısı və ümumi halsızlıq daxildir:
“Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azalır. Əsasən bütün virus xəstəlikləri insalarda tənəffüs yolu ilə bir-birinə keçir. Meymunçiçəyində bir az fərqlilik var. Belə ki, yoluxmuş bir şəxsin geyimini, əşyalarını istifadə etdik də bu digər şəxslərə də keçir. Özümüzü bu xəstəlikdən müxtəlif yollarla qoruya bilərik. Havaların dəyişkən olmasını nəzərə alaraq, geyimə fikir vermək lazımdır. Nəqliyyat vasitələrində, insanların çox olduğu yerlərdə maskadan istifadə etmək tövsiyyə olunur. İnsanlar özünü pis hiss etdiyi halda mütləq xəstəxanaya getməlidirlər. İnsanlar özlərini müalicə etməsinlər, həkim nəzarəti mütləqdir. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
demokrat.azMeymunçiçəyi infeksiyasından qorunmağın yolları — Həkim TÖVSİYƏSİ ( 14983733)
-
hurriyyet.azHəkim meymunçiçəyinin əsas əlamətlərini açıqladı ( 14925431)
-
demokrat.azMeymunçiçəyi Azərbaycanda geniş yayıla bilər? — Nazirlik əlamətlərini AÇIQLADI ( 14925179)
-
hurriyyet.azMeymunçiçəyi yayılır – Həkim çağırış etdi ( 14914471)
-
demokrat.azAzərbaycana da gəlib çatdı — Necə qorunaq? ( 14884515)
-
moderator.azMeymunçiçəyi öldürücüdürmü? - Həkim AÇIQLADI ( 14879661)
-
musavat.comMeymunçiçəyi öldürücüdürmü? - Həkim AÇIQLADI ( 14879211)
-
demokrat.azBu yolla uşaqlarınızı xəstəlikdən uzaq tuta bilərsiniz — Həkim ( 14686773)
-
demokrat.az"Nəqliyyat vasitələri kəskin şəkildə virusların artmasına şərait yaradır" — Həkim ( 14674977)
-
musavat.comKütləvi yayılan xəstəlikləNECƏ MÜBARİZƏ APARAQ? – HƏKİM RƏYİ ( 14609901)