Cənubi Koreya hökuməti ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınlarından zərər çəkmiş ərazilərə 1 milyon dollarlıq humanitar yardım edəcəyini açıqlayıb.
Yanvarın 7-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan və böyük dağıntılara səbəb olan meşə yanğınları ilə mübarizə davam edərkən Cənubi Koreyadan ABŞ-a yardım əli uzadılıb. Cənubi Koreya Xarici İşlər Nazirliyi, yardım təşkilatları vasitəsilə yanğınlardan zərər çəkmiş bölgələrə 1 milyon dollarlıq humanitar yardımın ediləcəyini bildirərək, "Ümid edirik ki, bu yardım zərər çəkmiş bölgələrdə yaşayan insanların qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa kömək edəcək" deyib.
28 nəfər həyatını itirib
Los-Ancelesdə yanvarın 7-də başlayan Palisades və Eaton meşə yanğınları ən azı 28 nəfərin ölümünə və 16 mindən çox tikilinin məhvinə səbəb olub. Ümumilikdə 37 min hektardan çox ərazi külə çevrilib.