AZ

Türkiyə yenilənmiş xarici siyasətini elan etdi: ƏSAS İSTİQAMƏTLƏR...

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu il ilk iclası keçirilib.

Bu barədə “Milliyyet” nəşri məlumat yayıb.

Bildirilir ki, iclasın sonunda qəbul edilən bəyanata görə, milli təhlükəsizlik üzrə xarici siyasət sənədi vəziyyətdən asılı olaraq hər 5 ildən bir yenilənəcək.

Yeni sənəddə dünyada və regionda baş verən hadisələrin inkişafı əsasında Türkiyə üçün zəruri olan siyasi istiqamətlər yer alıb.

Qəbul edilən yeddi bəndlik bəyanatda ölkənin daxili və xarici siyasəti, PKK və FETÖ ilə mübarizə, Suriyanın yeni hakimiyyət orqanları tərəfindən təhlükəsizliyin və ərazi bütövlüyünün təmin edilməsi, Qəzza və Fələstin probleminin ədalətli həlli yolları, Türkiyənin Afrika, Yaxın Şərq və Balkanlardakı problemlərin həllində rolu ilə bağlı məsələlərə toxunulub.

Seçilən
9
5
korrespondent.az

8Mənbələr