1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bir sıra mühüm qərarların qəbul ediləcəyi AFFA İcraiyyə Komitəsinin yanvar iclasının fevralda keçiriləcəyi dəqiqləşib.
Oxu.Az xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Azərbaycanın bir sıra milli komandalarının yeni baş məşqçiləri təsdiqlənəcək.
AFFA rəhbərliyi əcnəbilərə arxalanmayacaq və yerli təcrübədən istifadə edəcək.
Belə ki, U-17, U-19 və U-21 komandaların baş məşqçisi vəzifələrinə yerli mütəxəssislər təyin olunacaq.