AZ

Pentaqon miqrantları deportasiya etmək üçün təyyarələr ayıracaq

ABŞ ordusu 5000-dən çox saxlanılan qeyri-qanuni mühaciri deportasiya etmək üçün hərbi təyyarələr vermək niyyətindədir.

Herbiand.az bildirir ki, bu barədə müdafiə naziri vəzifəsini icra edən Robert Salessesin bəyanatında deyilir.

“Departament, Gömrük və Sərhəd Mühafizəsi tərəfindən saxlanılan San Dieqo (Kaliforniya) və El Paso (Texas) sektorlarından 5000-dən çox qeyri-qanuni immiqrant üçün Daxili Təhlükəsizlik Departamentinin deportasiya uçuşlarına dəstək olmaq üçün hərbi təyyarələr təqdim edəcək”, - sənəddə qeyd edilib.

Məlumatda daha sonra deyilir ki, nazirlik əlavə təhlükəsizliyin təmin edilməsi, qeyri-qanuni sərhəd keçidlərinin və qaçaqmalçılığın azaldılması məqsədilə müvəqqəti və daimi fiziki maneələrin tikintisinə köməklik göstərəcək: “Bu, sadəcə başlanğıcdır. Nazirlik yaxın vaxtlarda prezidentin ölkə sərhədlərində səsləndirdiyi təhdidlərin tam spektrinə cavab vermək üçün əlavə missiyalar hazırlayıb göndərəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr