Azərbaycanın və Türkiyənin ünvanına təhqirlər yağdıran İranın hökumət mollası Həsən Ameli susqunluğunu pozub.
"AzPolitika" xəbər verir ki, bu barədə İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı "X" hesabından paylaşım edib.
Hökumət mollası “X” hesabında Hafiz Şirazinin qəzəllərindən bir beyt paylaşaraq yazıb: “Minlərlə düşmən məni məhv etmək istəsə də, narahat deyiləm. Əgər sən mənim dostumsansa, mən düşmənimdən qorxmuram”.
Xatırladaq ki, Ameli 29 dekabr 2024–cü ildə İran televiziyasında çıxış edən zaman Azərbaycana və dövlət başçımıza qarşı təhqiramiz ifadələr işlətmiş, bu səbəbdən İran tərəfinə sərt etiraz bildirilmişdi.
"AzPolitika.info"