"Mançester Siti" heyətinə yeni futbolçu qatıb.
barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərə Liqa təmsilçisi "Ayntraxt"ın hücumçusu Ömər Marmuşu transfer edib.
25 yaşlı misirli forvardla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Marmuş Almaniya Bundesliqasının cari mövsümündə 17 oyun keçirib, 15 qol vurub və 9 qolun ötürməsini verib. Onun Avropa Liqasında aktivində 6 oyun, 4 qol və 2 məhsuldar ötürmə var.