Bakı.Trend:
Fələstinin HƏMAS hərəkatı yanvarın 25-ə kimi daha dörd israilliəsiri azad etməlidir. Qəzzada atəşkəs rejiminin tətbiqi vəəsirlərin azad edilməsini nəzərdə tutan sazişin şərtlərinə əsasən,azad ediləcək əsirlərin adları yanvarın 24-ü İsrail tərəfinə təqdimolunacaq.
Trend xəbər verirki, bu barədə rus KİV-ləri İsrail səfirliyinə istinadən məlumatyayıb.
“Yanvarın 25-də HƏMAS daha dörd qadını azad etməlidir.Razılaşmanın şərtlərinə görə onların adları sabah təqdimolunacaq”,- məlumatında qeyd olunur.
Qeyd edək ki, yanvarın 15-da Qətər, Misir və ABŞ-ninvasitəçiliyi ilə Dohada İsrail və HƏMAS arasında Qəzzada atəşkəsrejiminin tətbiqi və əsirlərin azad edilməsi ilə bağlı razılaşmaəldə olunub. Barışığın birinci mərhələsi 42 gün davam edəcək və bumüddət ərzində HƏMAS 33 İsrailli əsiri azad etməyi öhdəsinəgötürüb. Əvəzində isə İsrail tərəfi fələstinli məhbusların birqismini azad edəcək.