Ov mövsümündə tətbiq olunan icazə və qadağaları əhatə edən xəbərdarlıqla Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva çıxış edib.
Xidmət rəsmisi qeyd edib ki, ov etmək istəyən şəxs əvvəlcə mütləq ovçuluq bileti almalıdır ki, ov etmək hüququna sahib olsun. Ovçuluq biletini əldə etmək üçün isə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət olunmalıdır. Ov etmək istəyən hər bir şəxs ovçuluq biletindən əlavə müvafiq regional ekologiya idarəsindən birdəfəlik ov icazə sənədi almalıdır. Bu sənəddə ovlanacaq ov obyektinin növü, sayı və ərazi qeyd olunur.
A.Babayeva diqqətə çatdırıb ki, ayrılan birdəfəlik ov icazəsində göstərilən limitdən artıq, qeyd olunan tarixdən və göstərilən ərazidən kənarda ov etmək qadağandır. Ov icazəsi hansı günə verilirsə, həmin gün də istifadə edilməli, birdəfəlik ov icazəsində hansı tarix, ərazi göstərilirsə, həmin formada ov təşkil olunmalıdır. Bu qaydaları pozan şəxsləri qanunla müəyyən edilmiş qaydada ciddi cəzalar və cərimələr gözləyir.
Qaydalara riayət olunmasının vacibliyini vurğulayan A.Babayeva ov həvəskarlarına daha bir mühüm məqamı da diqqətə almalarını tövsiyə edib.
“İlk növbədə, ovçu məsuliyyətli olmalı, qanunvericiliyə, ətraf-mühitə hörmətlə yanaşmalı və müəyyən edilmiş ov qaydalarına ciddi riayət etməlidir”.
10Mənbələr
-
modern.azAzərbaycanda hansı ərazilərdə ova icazə verilir? ( 14994229)
-
metbuat.azOv mövsümü başladı: ( 14994023)
-
medianews.azOva yalnız bu ərazilərdə icazə verilir ( 14993783)
-
ekologiya.azOva yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir ( 14992943)
-
aia.azOva yalnız bu ərazilərdə icazə verilir - AÇIQLAMA ( 14992511)
-
tribunainfo.azOva yalnız bu ərazilərdə icazə verilir ( 14991999)
-
adalet.azOva yalnız bu ərazilərdə icazə verilir - AÇIQLAMA ( 14991957)
-
news365.azOva yalnız bu ərazilərdə icazə verilir ( 14991253)
-
demokrat.azOva yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir ( 14990961)
-
sfera.azOva yalnız bu ərazilərdə icazə verilir ( 14990317)