2002-ci ildən fəaliyyət göstərən “Best Beef” ət və ət məhsulları brendinə məxsus kolbasa və sosis məhsulları illərin təcrübəsinə dayanan yüksək standartlarını özündə birləşdirir. “Best Beef” brendinin məhsulları Avropadan gətirilmiş yüksək texnologiyaya malik avadanlıqlar, professional texnoloqlar və bu sahədə ixtisaslaşmış xüsusi mütəxəssislərin təcrübəsinə dayanaraq hazırlanır.
Ötən ilin satış nəticələrinə əsaslanaraq “Best Beef” Servelat kolbasaları uzun illər davam edən liderliyini qoruyub saxlamış və dadına görə seçilənlər arasında olduğunun isbat etmişdir.
Bundan əlavə, müştərilərinin etibarını qazanan “Ocaq Sosiskaları” dadı və təbii tərkibi ilə ailələrin süfrələrinin bəzəyi olmuşdur.
“Best Beef” kolbasa və sosislərini respublikada yerləşən bütün ərzaq mağazalarından əldə etmək mümkündür. Gündəlik tələbatlarınızı qarşılayan dadlı və sağlam seçimlər üçün “Best Beef” brendinə məxsus məhsullardan rahatlıqla istifadə edə bilərsiniz.