AZ

ABŞ-da çovğun insanların həyatına SON QOYDU

  ABŞ-ın cənub bölgələrində çovğun davam edir, buna görə aviareyslər ləğv edilib, magistral yollar, məktəblər və dövlət müəssisələri bağlanıb. Qar çovğunu nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, Luiziana, Florida və Alabama ştatlarında pis hava şəraiti hökm sürür. Amerika Milli Meteorologiya Xidməti də xəbərdarlıq edib ki, cənubda xüsusilə gecə saatlarında temperaturun kəskin enməsi gözlənilir. Meksika körfəzi sahillərində mənfi temperatur müşahidə oluna bilər. Soyuq hava elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər./publika.az  

Seçilən
12
8
referans.az

10Mənbələr