Bakı. Trend:
Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025”layihəsi xalqımızın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkiledir və məkrli məqsədlərə hesablanıb.
Bunu Trend Müharibə, Əmək vəSilahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik CəlilXəlilov bildirib.
Cəlil Xəlilov qeyd edib ki, “no war”çı axtarışına çıxan AvrasiyaƏməkdaşlıq Fondu, bu kimi layihələrlə Azərbaycan gəncliyinimilli-mənəvi dəyərlərdən uzaq salmağa çalışır:
“Fondun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi vasitəsiləyürütdüyü siyasət gənclərimiz və gələcəyimizlə bağlı cidditəhdidlər ehtiva edir. “No war”çı gənclər axtarışına çıxan, müti,mübarizə əzmindən, milli şüurdan məhrum gənclər yetişdirməyəçalışan Avrasiya Əməkdaşlıq Fondu gənclərimizlə xalqımızın mənəvidəyərləri arasında sədd çəkməyə çalışır. Maraqlı nüanslardan biridə ondan ibarətdir ki, ölkəmizdə qeyri-ənənəvi dəyərlərin təbliğinihəyata keçirməyə çalışan bu Fond Ermənistanda tamam fərqliideyaları təbliğ edir. Erməni revanşizmini dəstəkləyən FondErmənistanda həyata keçirdiyi layihələrdə “no war”çı axtarmır, hərhansı təslimiyyət və imtinadan söhbət açmır.
Açıq-aşkar görünür ki, Fondun məqsədi Azərbaycanı Ermənistanqarşısında mənəvi-psixoloji baxımdan zəif salmaqdır. Çünki hərkəsə, eləcə də Ermənistan və onun havadarlarına da məlumdur ki,xalqımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterrorəməliyyatında əldə etdiyi tarixi qələbənin avanqardı gənclər,onların yüksək mənəvi dəyərlərlə silahlanması olub. Bu gün AvrasiyaƏməkdaşlıq Fondu müxtəlif layihələr və adlar altında təxribatlaməşğuldur. Onun tabe olduğu Avrasiya Fondunun İdarə Heyəti vəHimayəçilər Şurasının tərkibinə baxdıqda hər şey məlum olur. Fondunİdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktorHrach Topalyan-dır. Azərbaycan milli dəyərlərinə, ənənəvi həyattərzinə nifrət edənləri, bu müqəddəs dəyərləri alçaltmaqlatopalyanların gözündə ucalmaq istəyənləri bu xəyanətkar yoldançəkinməyə dəvət edirik. Hesab edirəm ki, Avrasiya ƏməkdaşlıqFondunun Azərbaycanda fəaliyyətinin dayandırılmasının vaxtı çatıb.Xəyanət yuvasına çevrilən bu təşkilata sıralarımızda yerolmamalıdır, orada əli bu işlərə bulaşanların fəaliyyəti cidditəştif olunmalıdır”.