Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb
Hokm.az xəbər verir ki, o, bunu bu gün keçirdiyi brifinqdə bildirib.
XİN rəsmisi qeyd edib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb, söhbət üç saat davam edib.
“Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub”, – Rusiya XİN sözçüsü vurğulayıb.