AZ

Büdcədən ayrılmış vəsait hesabına xidmətlərin göstərilməsinə görə ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.

Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.

Seçilən
25
50
apa.az

10Mənbələr