AZ

Bir tikə çörək necə miqrenə səbəb olur? - Ekspert izah etdi

Bir tikə çörək necə miqrenə səbəb olur? -

Miqren, genetik və ətraf mühit faktorları ilə bağlı ortaya çıxan mürəkkəb bir xəstəlikdir.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, qlüten dözümsüzlüyü və çölyak xəstəliyi olan insanlarda qlüten istehlakı miqren baş ağrılarını tətikləyə bilər. Çölyak xəstələrində immunitet sistemi qlüteni yad bir maddə kimi qəbul edərək, iltihaba və toxuma zədələnməsinə səbəb olan reaksiyalar yaradır. Bu iltihab bədənə, o cümlədən beyinə təsir edərək miqren və digər simptomlara yol açır.

Miqrenin yaranmasında trigeminovaskulyar yol (TVP) mühüm rol oynayır. Qlüten TVP-ni aktivləşdirərək histamin və CGRP kimi maddələrin sərbəst buraxılmasına səbəb olur, bu da beyində qan damarlarının genişlənməsinə və miqren ağrılarına gətirib çıxarır.

Əgər qlütenə qarşı həssaslıq və ya çölyak diaqnozu varsa, qlüteni pəhrizdən çıxarmaq miqrenin qarşısını almaq üçün effektiv bir yanaşma ola bilər. Qlüten tətikləyicilərini müəyyən etmək üçün pəhrizinizə diqqət yetirmək və həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
21
30
e-saglam.az

10Mənbələr